"Qarabağ”ın uğurlu çıxışına ümid etməliyik" - Koke

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan Madrid təmsilçisi olan "Atletiko" V tur çərçivəsində bu gün “Roma”nı qəbul edəcək.

Prosport.az xəbər verir ki, “Atletiko”nun yarımmüdafiəçisi Koke oyun haqında danışıb.

Oyunöncəsi mətbuat konfransında fikirlərini bildirən ulduz futbolçu doğma azarkeşləri önündə 3 xalı hədəflədiklərini bildirib: “Roma” üzərindəki qələbədən sonra “Qarabağ”ın uğurlu çıxışına ümid etməliyik. “Roma”ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 4-3-3 sxemi ilə oynayan əla komandaya qarşı çıxış edəcəyik. Rəqib həmçinin digər taktika ilə də oynamağı bacarır. Özümüzü çox yaxşı hiss edirik. Bütün komanda işini düzgün görəndə hücumda kompakt futbol oynamağı bacarırıq. Bu, rəqibin kimliyindən asılı olan şey deyil. Bu mövsüm böyük klublarla çox üz-üzə gəlmişik. “Roma” da onlardan biridi. Meydanda sakit olmalı və nə etmək lazım olduğunu bilməliyik. Başa düşürük ki, yalnız qələbə bizi qane edir. Buna uyğun mübarizə aparacağıq”.

Qeyd edək ki, “Atletiko” – “Roma” matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.