"Çelsi" ilə ilk oyundakı nəticə "Qarabağ"ın real gücünü əks etdirmir" - Dino Endlovu

Çempionlar Liqasının qrup mərhələsinin V turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Endlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.

Prosport.Az xəbər verir ki, cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib: "Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq".

CAR millisinin komandanın Avropa Liqası şansları və öz oyunu barədə də fikirlərini bildirib: "Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdir. Buna görə də, təzyiq altında onlar olmalıdırlar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdursa, növbəti mövsümə köklənəcəyik... Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdir. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.