"Nə oldusa, heç birinə keçidim alınmadı" - Amit Quluzadə

Azərbaycan Premyer Liqasının debütantı "Səbail" Amit Quluzadəni heyətinə qatıb.

Futbolçunun özü bu barədə Prosport.Az saytına danışıb: "Açığı, Yunanıstanın "Larisa" klubundan ayrıldıqdan sonra Azərbaycanda oynamaq istəmirdim. Yenə legioner karyeramı davam etdirmək niyyətim vardı. Yunanıstana yenidən qayıda bilərdim. "Aris" və "Platanias" klublarına, eləcə də digər ölkələrdən birinə getmək variantım vardı. Bəlkə də 10-a yaxın komanda ilə danışdıq, razılaşdıq, müqavilə də göndərdilər. Ancaq sonra nə oldusa, heç birinə keçidim alınmadı. Bu tərəfdən də Samir Əliyev məni komandasında görmək istəyirdi. Ona görə də karyeramı "Səbail"də davam etdirməyə qərar verdim".

24 yaşlı Amit Quluzadə onu da bildirib ki, artıq Boludadır və "Səbail"lə Türkiyədə 1 illik müqavilə bağlayacaq.

 

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.