"Tbilisiyə turist kimi getməyəcəyik" - Əmrah Çəlikəl

“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl “Samtredia” ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra (5:0) müsahibə verib.

Prosport.Az-ın əməkdaşının da iştirak etdiyi qısa müsahibəni təqdim edirik.

- Bu cür nəticə, belə hesab gözləyirdiniz?

- Açığı, belə hesab gözləmirdim. Çox xoş sürpriz oldu.

- Yeni transferlərdən razı qaldınız?

- Hamınız necə, mən də elə. Əlbəttə ki, razı qaldıq. Çox gözəl oyun göstərdilər.

- Hiss olunurdu ki, komanda hələ tam olaraq komplektləşməyib, daha bir neçə oyunçuya ehtiyac var...

- Onu hər halda Qurban müəllim bizdən daha yaxşı bilir. Onu deyə bilərəm ki, araşdırmaları davam edir.

- Cavab matçına turist kimi gedəcəksiniz?

- Heç vaxt. Əksinə, daha təmkinli olmalıyıq. Heç kimə rahatlaşmağı məsləhət görmürəm.

- Rəşad Sadıqovun zədəsi nə yerdədir?

- Hələ bir məlumatımız yoxdur. Sabah daha dəqiq bilinəcək. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.