"2 oyunçumuzun atası türk, anası azərbaycanlıdır" - Millimizin baş məşqçisi

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi su polosunda Səudiyyə Ərəbistanına 7:11 uduzaraq bürün medalları əldən verib.

Prosport.Az hər iki komandanın baş məşqçilərinin fikirlərini təqdim edir:

Ənvər Məhərrəmov: "Gərgin və çətin oyun keçdi. Rəqib komanda bizdən daha təcrübəli idi. Türkiyə millisi Avropa çempionatında, İndoneziya, Səudiyyə Ərəbistanı və İran Asiya çempionatında çıxış edir. Bizdə isə əsasən 18-20 yaşlı oyunçulardır. Yalnız 4 təcrübəli oyunçumuz var. Onlardan da biri həm də məşqçi əvəzidir. Bizdə legioner yoxdur. Ayxanla Muradın atası türk, anası azərbaycanlıdır. Onlar qardaşdırlar. Türkiyədə doğulsalar da, Azərbaycan vətəndaşlarıdır". 

Pino Draqoviç: "Bu medalı qazanmaq üçün çoxlu enerji sərf etdik. Öz komandama buna görə təşəkkür edirəm. Azərbaycana isə "feyr-pley"ə görə təşəkkür düşür. Azərbaycanın İran, Türkiyə kimi yüksək səviyyəyə çatması üçün çox şey etməsi lazımdır. Məsələn, mən Serbiyadanam. Bu ölkədə su polosu ən yüksək səviyyədədir. Bu səviyyəyə çatmaq üçün çox şeyi təkmilləşdirməyiniz lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi 4 oyundan 3-də uduzub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.