"Hakimlər Fransadandır, bizə necə kömək edə bilərlər?" - Əlcəzair yığmasından millimizə cavab

Kişi həndbolçuların Əlcəzair - Azərbaycan oyunundan sonra bizim millinin hakimlikdən narazı qaldığını xəbər vermişdik.

Prosport.Az hər iki məşqçinin bu haqda fikirlərini təqdim edir:

Rabah Gerbi: "Mən hakimlərin qərəzli olması fikri ilə razı deyiləm. Çünki oyunun gedişatı da göstərirdi ki, bizim komanda daha güclüdür. Sadəcə olaraq Azərbaycan Səudiyyə Ərəbistanı ilə oyunda çox güc itirmişdi, bu üzdən də yorğun təsir bağışlayırdılar. Biz Əlcəzairdənik, onlar isə Fransadandır. Hakim beynəlxalq dərəcəlidir. Onların bizim xeyrimizə qərar verməsi fikri düzgün deyil".

Hikmət Abdullayev: "13 top fərqi ilə uduzmağımız oyunun gedişatını əks etdirmir. Çünki biz oyunda 4 top fərqi ilə öndə də olduq. Öz divarlarımız arasında çıxış etsək də, 3 oyunda da bizim matçlara ərəb hakimlər təyinat aldı. Əlcəzairlə oyuna Əlcəzair əsilli fransız hakimlərin təyinatı bizə pis təsir etdi. Bizim komanda bundan sındı. Oyundan əvvəl onların əslən Əlcəzairdən olmasını bilirdik. Sadəcə fikirləşdik ki, onlar Fransada böyüyüblər, qərəzli idarəçilik etməzlər. Elə ki biz hesabda önə keçirdik, bizə qarşı qərəzli yanaşırdılar. Bəlkə də dünən bizim əsas oyunçuya göy kartın verilməsi bugünkü oyuna görə imiş". 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.