Millimizin təcrübəli üzvü Türkiyədə oynadığı klubun kapitanından ehtiyatlanır

Qadın həndbol millimizin müdafiəçisi Marina Tankaskaya İslamiadada sabah keçiriləcək Türkiyə ilə oyunla bağlı fikirlərini bildirib.

Prosport.Az xəbər verir ki, 33 yaşlı həndbolçumuz baş məşqçimiz Georgi Voronov kimi, Türkiyədə "Yenimahalle Bələdiyəsi" klubunun kapitanı olan Yeliz Özəldən çəkindiklərini vurğulayıb:

“Türkiyə ilə oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazırıq. Çox çətin görüş olacaq. Hər iki komandanın Kamerunla qarşılaşması eyni məcrada keçdi. Türkiyə ilə eyni səviyyədə olduğumuzu düşünürəm. Bizi çox maraqlı matç gözləyir. Burda psixoloji hazırlıq əsas rol oynayacaq. Oyuna maksimum dərəcədə köklənməyə çalışacağıq. Sabah qalib gəlib, yarımfinalda yenidən Özbəkistanla qarşılaşmaq istərdik. Çünki Kamerun çox güclü komandadır. Ümid edirəm ki, sabah türklərə qalib gələcəyik. Yeliz Özəl ilə eyni klubda çıxış edirik. Yüksək səviyyəli oyunçudur. Fikrimcə, xüsusən onu nəzarətdə saxlamalıyıq. Yeni oyunçularımız artıq komandaya uyğunlaşıb”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.