Salahın “Heç Vaxt Təslim Olma” forması brendə çevrildi

“Liverpul”un futbolçusu Məhəmməd Salahın dünən komandasının “Barselona” ilə oyununu izləyərkən geydiyi forma brendə çevrilib.

Prosport.Az xəbər verir ki, onun geydiyi “Never Give Up” (“Heç Vaxt Təslim Olma”) sözlərinin yazıldığı qara futbolka Rusiyada satışa çıxarılıb.

Belə ki, Rusiyanın məşhur idman saytlarından olan Sports.ru saytı 50 ədəd belə formanı satdığını açıqlayıb.

 

Qeyd edək ki, Məhəmməd Salah komandasının 4:0 hesabı ilə qalib gəldiyi görüşündə başındakı zədəyə görə matçı həyat yoldaşı ilə tribunadan izləyib. Onun bu forma ilə oyuna gəlməsinin komanda yoldaşlarına əla motivasiya olduğu bildirilir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.