Asiya Kubokunun finalında müsəlman komandaları olmayacaq – VİDEO

Futbol üzrə Asiya Kubokunda ilk finalçı müəyyənləşib.

Prosport.Az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında İran və Yaponiya komandaları üz-üzə gəlib.

Qarşılaşma ikinci hissədə vurduğu qollarla Yaponiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu o deməkdir ki, Asiya Kubokunun finalında müsəlman millilərin qarşılaşması ehtimalı aradan qalxıb.

Qeyd edək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaq. Həmin görüş sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.