Hollandiya çempionatında künc zərbəsindən qol vuruldu – VİDEO

Hollandiyanın “AZ Alkmaar” klubunun yarımmüdafiəçisi Ussama İdrissi ölkə çempionatının XIX turu çərçivəsində “Heerenveen”lə oyunda baxımlı qola imza atıb.

Prosport.Az xəbər verir ki, futbolçu birbaşa künc zərbəsindən fərqlənib.

Oyunun 78-ci dəqiqəsində qonaqlar künc zərbəsi vurmaq imkanı əldə ediblər. Ev sahibi komandasının müdafiəçiləri və qapıçı topun ötürüləcəyini gözləsələr də, İdrissi anidən topu qapıya vurub. Zərbə uğurlu alınıb və o, “Heerenveen”in qapıçısı üçün gözlənilməz olub.  

Qeyd edək ki, qarşılaşma “AZ Alkmaar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.