Afrika Millətlər Kubokunun vaxtı Ramazan ayına görə dəyişdirildi

Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.

Prosport.Az xəbər verir ki, turnir cari ilin 13 iyun-15 iyul tarixlərində deyil, 21 iyun-19 iyul tarixlərində keçiriləcək.

Bu qərarın verilməsinə səbəb bir sıra Şimali Afrika ölkəsinin Ramazan ayından sonra futbolçularının dincəlməsi istəyi ilə bağlı müraciətidir.  

Müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı bu il may ayından iyun ayının əvvəlinə qədər davam edəcək.

Qeyd edək ki, 2019-cu il Afrika Millətlər Kuboku Misirdə baş tutacaq. Turnirin püşkatması aprelin 12-də Qahirədə keçiriləcək. Bu il turnirdə 16 deyil, ilk dəfə 24 komanda iştirak edəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.