"Milan" məşhur hücumçunu hədəfə aldı

Yeni mövsümün planlarını cızan "Milan" "Monako"nun hücumçusu Radamel Falkaonu transfer hədəfinə alıb.

Prosport.Az xəbər verir ki, İtaliya mətbuatında yayılan xəbərlərə görə, "Milan" mövsümün əvvəlində "Portu"dan böyük ümidlərlə transfer edilən, lakin qarşılığını verməyən hücumçu Andre Silvanı "Monako"ya verəcək və əvəzində "knyazlıq klubu"nun forvardı Radamel Falkaonu rənglərinə bağlayacaq.

Qeyd edək ki, "Milan" portuqaliyalı hücumçunu "Portu"dan 38 milyon avroya transfer etmişdi. 22 yaşlı Silva A Seriyasında cəmi 2 qol vurub. Falkao isə cari mövsümdə 35 oyuna 24 qol vurub.

 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.