"Beşiktaş"ın prezidenti Bakıya gəlir

"Beşiktaş"ın prezidenti Fikrət Orman paytaxtımıza gəlir.

Prosport.Az xəbər verir ki, iş adamı bu gün Azərbaycan “Beşiktaş”lılar Dərnəyi tərəfindən Bakı Tennis Akademiyasında onun adına təşkil olunan turnirin açılışını etmək üçün ölkəmizə təşrif buyuracaq. Ormanın daha sonra Azərbaycandakı “Beşiktaş” azarkeşləri ilə görüşüb söhbət edəcəyi bildirilib.

Klub prezidenti axşam saatlarında isə İstanbula qayıdacaq və komandasının bazar günü “Malatyaspor”la keçirəcəyi Superliqa oyununu stadiondan izləyəcək.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.