Logo
Səhifəni çap et

Qvardiola İniestanın "Barselona"dan gedişi haqda danışdı: "Ondan yaxşısını tapmaq mümkün deyil"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Andres İniestanın "Barselona"dan mümkün gedişinə münasibət bildirib.

Prosport.Az xəbər verir ki, katalon çalışdırıcı həmyerlisini xeyli tərifləyib:

"Nə qədər doğru olduğunu bilmirəm. Sözsüz ki, ona ən yaxşı şeyləri diləyirəm. Mən böyük məmnuniyyətlə onunla birlikdə çalışmışam.

Onun İspaniya futbolu və Barselonaya bu 15 il ıərzində hansı irs bəxş ediyini təsəvvür edə bilməzsiniz. Səviyyə ən yüksək həddir.

İnyesta futbolu hərtərəfli başa düşən nadir oyunçulardan biridir. Ondan yaxşısını tapmaq qeyri-mümkündür. O, gənclərə oynamağı, topu necə saxlamağı öyrədir. Bu, bir nümunədir"

Copyright ProSport Azerbaijan LTD