"Sevilya"nın futbolçusu "Barselona"nın hədəfində

"Barselona" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Prosport.Az xəbər verir ki, Kataloniya klubu "Sevilya"nın müdafiəçisi Kleman Lanqle maraqlanır. "Barsa"nın nümayəndələri bu transferlə bağlı fransalı oyunçunun menecerləri ilə görüşüblər. Tərəflər arasında razılığın demək olar ki, əldə olunduğu bildirilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.