"Arsenal"ın yeni baş məşqçisinin adı bu gün açıqlanacaq?

"Arsenal"ın yeni baş məşqçisinin adı bu gün açıqlana bilər.

Prosport.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Klubun icraçı direktoru İvan Qazidis bu gün Bakı vaxtı ilə saat 20:00-da keçirəcəyi iclasda yeni baş məşqçinin adını açıqlaya biləcəyi vurğulanıb. "The Mirror" qəzeti isə yazıb ki, London klubunun yeni baş məşqçisi "Nyu-York Siti"nin çalışdırıcısı Patrik Vieyra ola bilər.

Qeyd edək ki, Patrik Vieyra futbolçu karyerası ərzində 1996-2005-ci illərdə London təmsilçisinin şərəfini qoruyub.

Xatırladaq ki, “Arsenal”ın baş məşqçisi Arsen Venqer mövsümün sonu tutduğu vəzifəni tərk edəcəyini açıqlayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.