Ərdoğandan Günəşə "keçmiş olsun” zəngi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kubokunun yarımfinal mərhələsində "Fənərbaxça” ilə cavab oyunu zamanı başından yaralanan "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə zəng edib.

Prosport.Az xəbər verir ki, o,  xəstəxanaya yerləşdirilən türk mütəxəssisə "keçmiş olsun” söyləyib.

Qeyd edək ki, "Fənərbaxça" ilə görüşdə tribunadan baş məşqçi Şenol Günəş başına yad əşya atılıb.Bu səbəbdən onun başına 5 tikiş qoyulub. 

Əlavə edək ki, "Fənərbaxça" - "Beşiktaş" oyunu baş verən hadisələrə görə təxirə salınıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.