FİFA 3 klubu cərimələdi

FİFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb. 

Prosport.Az xəbər verir ki, Portuqaliyanın “Benfika” və “Sportinq”, İspaniyanın “Selta” klublarını cərimələnib.

Sözügedən klublar transfer reqlamentini pozub. Onlar futbolçularla, 3-cü şəxslərə klubların işinə və müstəqilliyinə təsir imkanı yaradan müqavilələr bağladıqları üçün sanksiyalara məruz qalıblar.

“Benfika” 150, “Sportinq” 110, “Selta” 65 min İsveçrə frankı cərimələnib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.