“Arsenal”ı sabiq futbolçusu çalışdıra bilər

“Arsenal” rəhbərliyi yayda komandadan ayrılması gündəmdə olan Arsen Venqerə yeni əvəzləyici tapıb.

Prosport.Az xəbər verir ki, London klubu fransız mütəxəssisin gedişindən sonra baş məşqçi vəzifəsini “topçular”ın sabiq üzvü Patrik Vieyraya həvalə etmək istəyir. 

"Arsenal"ın 41 yaşlı veteran futbolçu ilə yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.
 
Qeyd edək ki. Patrik Vieyra hazırda ABŞ-ın “Nyu-York Siti” klubunu çalışdırır.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.