“Çelsi”nin futbolçusu cəzalandırdıldı

“Çelsi”nin müdafiəçisi Markos Alonso 3 oyunluq cəzalanıb.

Prosport.Az xəbər verir ki, 26 yaşlı futbolçu Premyer Liqanın son turunun “Sauthempton”la oyununda rəqib komandanın hücumçusu Şeyn Lonqa qarşı kobud oynadığı üçün diskvalifikasiya olunub. 

Maraqlıdır ki, sözügedən görüşün baş hakimi Mayk Din həmin vaxt epizodu diqqətdən qaçırdığı üçün Alonsoya heç sarı vərəqə də göstərməmişdi. Ancaq oyundan sonra epizodun təkrarına baxan İntizam Komitəsi ispan müdafiəçinin aşkar qayda pozuntusuna yol verdiyini təsdiqləyib və onu cəzalandırıb.

Qeyd edək ki, bu cəzadan sonra Alonso çempionatda “Bernli” və “Suonsi”, kubokun yarımfinalında isə “Sauthempton”la görüşləri buraxmalı olacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.