Dünya futbolunun məşhur ulduzları bir araya toplanır

Aprelin 21-də Cenevrədə BMT-nin və UEFA-nın təşkilatçılığı ilə xeyriyyə matçı keçiriləcək.

Prosport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.  "Stade de Geneve” arenasında baş tutacaq görüşdə "Fiqo və onun dostları” ilə "Ronaldinyo və onun dostları” komandaları qarşılaşacaqlar.

Fransalı Didye Deşamın baş məşqçisi olacağı "Fiqo və onun dostları” komandasının heyətində Luiş Fiqo, Dida, Vitor Bayya, Miçel Salqado, Frank de Bur, Rio Ferdinand, Kristian Kivu, Deyan Stankoviç, Rober Pires, Yari Litmanen, Kristian Karambeu, Andrea Pirlo, Raul Qonsales, Robbi Kin, Kelli Smit və Nunu Qomeş yer alacaqlar.

İtaliyalı Karlo Ançelottinin rəhbərlik edəcəyi "Ronaldinyo və onun dostları” komandasının heyətində isə Ronaldinyo ilə yanaşı, Devid Ceyms, Antonios Nikopolidis, Culiano Belletti, Kafu, Edmilson, Keysi Stouni, Erik Abidal, Maykl Essyen, Yuri Corkayeff, Qaiska Mendyeta, Ronald de Bur, Henrik Larsson, Aleksandr Fray, Patrik Klüvert və Seliya Şaşiç mübarizə aparacaqlar.

Görüşü dünya şöhrətli sabiq italiyalı referi Pyerluici Kollina idarə edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.