Həyat yoldaşı mətbuat konfransında Konteyə zəng vurdu - VİDEO

İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış “Bernli” - "Çelsi" oyunu üçün təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb. 

Prosport.Az xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte jurnalistlərin suallarını cavablandırarkən həyat yoldaşı ona zəng edib.

Telefon zəngindən bir anlıq duruxan Konte deyib: “Həyat yoldaşımdır. Həmişə ən pis anlarda zəng edir. Məni cərimələyə bilərsiniz. Eyni vəziyyətlə siz üzləşsəydiniz, əsəbiləşərdim”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.