Modriçdən xəbər var

"Real"ın futbolçusu Luka Modriç zədəsini sağaldıb.

Prosport.Az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin adı La Liqanın 33-cü turunda "Atletik"lə oyun üçün heyətə daxil edilib. Baş məşqçi Zinəddin Zidan şans verəcəyi təqdirdə, o, sözügedən matçda iştirak edəcək.

Qeyd edək ki, "Real" - "Atletik" görüşü bu gün keçiriləcək.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.