"Çelsi" Batşuayinin qiymətini açıqladı

"Çelsi" bir neçə Avropa nəhənginin maraq dairəsində olan Mişi Batşuayinin transfer qiymətini açıqlayıb.

Prosport.Az xəbər verir ki, London təmsilçisi belçikalı forvarda görə 50 milyon funt-sterlinq tələb edir.

24 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komandalardan biri də onun hazırda icarə əsasında çıxış etdiyi Dortmund "Borussiya"sıdır. Ancaq almanlar "Çelsi"nin istədiyi məbləği verməkdə o qədər də maraqlı deyillər. Bu səbəbdən tərəflərin mövsümün sonunda yenidən danışıqlar masasına oturacağı gözlənilir.

Qeyd edək ki, qış fasiləsində "Borussiya"ya keçən Batşuayi Dortmund klubunun heyətində 9 qol vurub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.