Aquero əməliyyat olundu

“Mançester Siti”nin hücumçusu Serxio Aquero əməliyyat olunub.

Prosport.Az xəbər verir ki, bu haqda argentinalı forvard özü Tvitter vasitəsi ilə məlumat yayıb: 

“Dizimdən əməliyyat olundum və hazırda bərpa dövrünə başlamışam. Tezliklə meydana qayıtmaq üçün tam gücümlə çalışıram”.

Qeyd edək ki, Aqueronun bərpa dövrünün müddəti məlum deyil.

 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.