"Mançester Siti"yə transfer qadağası qoyula bilər

"Mançester Siti"yə transfer qadağası qoyula bilər.

Prosport.Az xəbər verir ki, buna səbəb "şəhərlilər"in Argentinanın "Veles Sarsfild" klubundan aldığı 16 yaşlı Bencamin Qarre ilə müqavilə bağlamasıdır. Argentinalılar iddia edirlər ki, 18 yaşı tamam olmayan oyunçu ilə anlaşma imzalamaq qaydalara ziddir. 

Ancaq ingilis klubu buna görə narahat deyil. Çünki Qarre həm də İtaliya vətəndaşıdır. UEFA-nın qaydalarına əsasən isə 16 yaşından 18 yaşına qədər olan futbolçular Avropa Birliyi və ya Avropa İqtisadi Zonasına daxil olan ölkələri təmsil edirlərsə, onlar bir klubdan başqasına keçə bilərlər.

Qeyd edək ki, bununla bağlı yekun qərar yaxın 7 gün ərzində veriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.