Dünya çempionatına nə qədər bilet satılıb?

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün 2.2 milyon bilet satılıb.

Prosport.Az xəbər verir ki, biletlərin çoxu FİFA-nın rəsmi saytı vasitəsi ilə alıcı tapıb. Alıcılardan 53 faizini xarici vətəndaşlar təşkil edib. Onların arasında ABŞ, Braziliya və Kolumbiya azarkeşləri öndə gedir.

Aprelin 18-də FİFA-nın saytında bilet satışının son mərhələsi başlayacaq. Dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.