Messi "Selta"ya qarşı oynamayacaq?

"Barselona" bu gün İspaniya La Liqasının 33-cü turunda "Selta" ilə  qarşılaşacaq. 

Prosport.Az xəbər verir ki, Kataloniya təsmilçisinin  baş məşqçisi Ernesto Valverde Lionel Messinin oyuna hazırlıq səviyyəsindən danışıb.

"Ola bilsin ki, Messi digər oyunçular kimi sabah istirahət etsin. Heç bir narahatçılıq yoxdu. Bu günlərdə o, yaxşı oyunlar keçirib. Argentinada da hamı rahatdı. Messidə Dünya çempionatı üçün hələ çox güc və enerji var. 
Bu mövsüm "Selta" ilə 3 dəfə qarşılaşmışıq. Onlar avrokuboklar uğrunda əla mübarizə aparırlar. Ağır oyun olsa da, 3 xal almağa çalışacağıq", deyə Valverde "Marca"ya açıqlamasında bildirib. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.