Tevez Buffonu Argentinaya aparır?

"Yuventus"un qapıçısı Canluicci Buffon Argentinadan transfer təklifi alıb.

Prosport.Az xəbər verir ki, "Boka Xuniors" 40 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Xəbərdə klubun Libertaderos kubokunu qazanmaq üçün qapı xəttini gücləndirmək istədiyi qeyd olunub.

Bu işdə argentinalı futbolçu - Buffonun sabiq komanda yoldaşı Karlos Tevezin vasitəçi olduğu bildirilir. 

Qeyd edək ki, Buffonun mövsümün sonunda karyerasını başa vuracağı ehtimalı var.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.