"Bavariya"da ciddi itki

"Bavariya"nın futbolçusu Arturo Vidal Çempionlar Liqasının yarımfinalında "Real"la ilk matçı buraxa bilər.

Prosport.Az xəbər verir ki, çilili yarımmüdafiəçi məşq zamanı dizindən zədə alıb. Onun Madrid klubu ilə görüşü buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu aprelin 25-i keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.