Buffonu qovan hakim həyat yoldaşı vasitəsilə ölümlə hədələnir

İngiltərəli hakim Maykl Oliver Çempionlar Liqasının 1/4 final mərhələsində “Real” və “Yuventus” arasında keçirilən qarşılaşmadakı qərarına görə ölümlə təhdid edilir.

Prosport.Az xəbər verir ki, arbitr sosial şəbəkələrdə qeydiyyatda olmadığından, fanatlar ölüm ismarıclarını onun həyat yoldaşının Twitter səhifəsində qoyub. Oyundan sonra Lyusinin telefon nömrəsi sosial şəbəkələrdə yayılıb və ailənin ünvanına təhdidlər gəlməyə başlayıb.

Polis faktlarla bağlı artıq araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, narazı azarkeşlər həmçinin hakimin evinin qapısını döyüblər və təhqir dolu ifadələr səsləndiriblər.

Xatırladaq ki, aprelin 11-də keçirilən qarşılaşmada “Real” “Yuventus”a 1:3 hesabı ilə hesabı uduzsa da, Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb. Belə ki, komandalar arasındakı ilk qarşılaşma kral klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

İkinci oyunda “Yuventus”un hesabda 3:0 öndə olduğu zaman Oliver 95-ci dəqiqədə italyanların qapısına penalti təyin etmişdi, həmçinin qapıçı Canluici Buffonu meydançadan kənarlaşdırmışdı.

Qeyd edək ki, Maykl Oliver 2012-ci ildən FİFA hakimidir. O, Çempionlar Liqasının hazırki mövsümündə beş oyuna baş hakim təyinatı alıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.