Torres Vilya ilə komanda yoldaşı olacaq?

Mövsümün sonunda “Atletiko”dan ayrılacağı dəqiqləşən Fernando Torres karyerasını ABŞ və ya Çində davam etdirə bilər.

Prosport.Az xəbər verir ki, 34 yaşlı futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Təcrübəli forvardın yayda “Nyu-York Siti, “Çikaqo Fayr”, “Siettl Saunders”, “Montreal İmpekt” və “Kanzas-Siti” komandalarından birinə keçəcəyi istisna olunmur.

Qeyd edək ki, hazırda “Nyu-York Siti”də Torresin İspaniya millisindən sabiq komanda yoldaşı David Vilya çıxış edir. Məhz bu amilə görə onun sözügedən kluba transfer olunacağı ehtimalı daha yüksəkdir.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.