"Liverpul"un hücum triosu qollara doymur

Dünən İngiltərə Premyer Liqasının XXXIII turunda “Liverpul” öz meydanında “Bornmut”u 3:0 hesabı ilə məğlub edib.

Prosport.Az xəbər verir ki, qolları Sadio Mane, Məhəmməd Salah və Roberto Firmino vurub.

Cari mövsüm bu 3 futbolçu birgə bütün turnirlərdə vurduğu qolların sayını 82-yə çatdırıblar. Salah 40, Firmino 25, Mane isə 17 dəfə fərqlənib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.