Messidən növbəti rekord

“Barselona”nın hücumçusu Lionel Messi La Liqanın 29-cu turunda “Atletik”lə görüşdə 30-cu dəqiqədə vurduğu qolla komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib. 

Prosport.Az xəbər verir ki, “Nou Kamp”dakı matçda fərqlənməklə argentinalı ulduz növbəti rekorda imza atıb.  Belə ki, 30 yaşlı futbolçu La Liqada ardıcıl 9 mövsüm minimum 25 qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb. 

“Real”ın hücumçusu Kriştianu Ronaldo ardıcıl 8 mövsüm İspaniya çempionatında 25 qol həddini keçib. Cari birincilikdə isə portuqaliyalının hesabında 18 qol var. Daha 7 qol vuracağı təqdirdə Ronaldo da Messinin rekordunu təkrarlayacaq. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.