Dino Ndlovu dubl etdi

Qış fasiləsində "Qarabağ"ı Çinin "Hançjou Qrintaun" klubuna dəyişən Dino Ndlovu yeni komandasının heyətində növbəti qollarını vurub.

Prosport.Az xəbər verir ki, cənubi afrikalı hücumçu I liqanın II turunun "Dalian Transsend"lə oyununda "dubl" edib.

28 yaşlı fovard 67 və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Görüş "Hançjou Qrintaun"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Dino Ndlovu ilk turun “Ney Monqol”la oyununda da fərqlənmişdi. Hazırda onun aktivində 3 qol var.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.