FİFA maliyyə hesabatını açıqladı

FİFA 2017-ci ilin maliyyə hesabatını açıqlayıb.

Prosport.Az xəbər verir ki, FİFA-nın gəliri planlaşdırıldığından 300 milyon dollar çox olub. Ali futbol qurumunun hesabatında bildirilir ki, 2017-ci il maliyyə baxımından çox uğurlu alınıb.

FİFA-nın gəlirləri oyunların yayımı və marketinq hüquqlarına görə daha çox artıb. Hesabatda vurğulanır ki, artımda yersiz xərcləmələrin qarşısının alınması da rol oynayıb.

Hesabtda o da vurğulanır ki, FİFA futbolun inkişafına yönəlik layihə ilə bağlı milli assosiasiyalardan 1554 ərizə qəbul edib. Ali futbol qurumu bu layihə çərçivəsində 2018-ci ilin sonuna qədər assosiasiyalara ödəniləcək vəsiatin miqdarını 1,79 milyard dollara çatdırmaq niyyətindədir.

Artıq bu məqsədlə 393 milyon dollar ödənilib. Təşkilatdan bildirilib ki, vəsaitin xərclənməsinə də ciddi nəzarət ediləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.