"Atletiko"nun futbolçusu 6 aylıq sıradan çıxdı

“Atletiko” və Braziliya millisinin üzvü Filipe Luisin zədəsi ciddidir.

Prosport.Az xəbər verir ki, ayağında qırıq aşkarlanan 32 yaşlı müdafiəçinin 6 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə onun yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcəyi deməkdir.

Qeyd edək ki, F.Luis Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) zədələnib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.