FİFA DÇ-2018 ilə bağlı yenilikləri təsdiqlədi

FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı bəzi yenilikləri təsdiqləyib.

Prosport.Az xəbər veror lo, ki, əsas dəyişiklik əvəzetmələrlə bağlıdır. FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib. Yeni qayda yalnız pley-off oyunlarında və əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər. Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

Bundan başqa, FİFA mundialda videotəkrar sistemindən istifadə edilməsini rəsmən təsdiqləyib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.