Pepe Reyna “Milan”a keçir

“Napoli”nin qolkiperi Pepe Reyna karyerasını “Milan”da davam etdirəcək.

Prosport.Az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. “Sky Sport İtalia”nın müxbiri Canluka Di Marzionun bu gün sosial şəbəkədə paylaşdığı xəbərə görə, 35 yaşlı qapıçı bu gün “Milan”da tibbi müayinədən keçəcək. Bundan sonra “rossonyerlər”in ispan qolkiperlə ilkin müqavilə bağlayacağı gözlənilir.

Reynanın “Napoli” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.