"Bayern" fransızını itirdi

“Bayern” itki ilə üzləşib.

Prosport.Az xəbər verir ki, Almaniya Bundesliqasının XXVI turunun “Hamburq”la ev oyununun (6:0) 46-cı dəqiqəsində meydana çıxan, lakin 65-ci dəqiqədə zədələnərək əvəzlənən Korenten Tolisso bir müddət Münhen təmsilçisinə kömək edə bilməyəcək. 23 yaşlı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Beşiktaş”la cavab oyununu buraxacağı bildirilir.

Əvəzində, bir müddətdi zədədən əziyyət çəkən, bu səbəbdən son turu buraxan Xames Rodriqes sıraya qayıdıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.