Alaba "Bayern"in tarixinə düşdü

“Bayern” Bundesliqanın 26-cı turunda “Hamburq”u 2:1 hesabı ilə məğlub edib.

Prosport.Az xəbər verir ki, bu qələbə matçı əvəzolunmadan keçirən David Alaba üçün əlamətdar olub. Belə ki, Münhen klubunun sol cinah müdafiəçisi Bundesliqada 150-ci qələbəsini qazanıb ki, o, bu göstəriciyə çatan ən gənc futbolçu kimi tarixə düşüb. 

25 yaş 8 aylıq olan Alaba “Bayern”in sabiq müdafiəçisi Hans-Georg Şvartsnbekin rekordunu (26 yaş, 1 ay) yeniləyib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.