Serxio Ramos oyun vaxtı təbii ehtiyacını ödədi - VİDEO

İspaniya La Liqasının son turunun “Eybar” – “Real” matçında (1:2) maraqlı hadisə yaşanıb.

Prosport.Az xəbər verir ki, oyunun 73-cü dəqiqəsində hesab 1:1 olarkən “kral klubu”nun kapitanı Serxio Ramos baş hakimə yaxınlaşıb nəsə dedikdən sonra tribunanın altında yerləşən otağa qaçıb. Təcrübəli müdafiəçi 5 dəqiqə sonra isə yenidən meydana qayıdıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan Ramosun niyə belə etməsinin səbəbini açıqlayıb:

“Ramosun qarnı ağrıyırdı. Təcili tualetə getməli idi”.

Futbolçu “Tvitter” hesabında Zidanın dediklərini təsdiqləyib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.