Bundesliqada pley-off sistemi tətbiq ediləcək?

Almaniya çempionatının əsasnaməsində dəyişiklik ola bilər.

Prosport.Az xəbər verir ki, Bundesliqa rəhbərliyi bununla bağlı islahat variantlarını nəzərdən keçirir. İlkin versiyaya əsasən, çempionatda pley-off sistemi tətbiq oluna bilər.

Rəhbərlik bu yolla həm Bundesliqaya marağı artırmaq, həm də "Bavariya"nın hegemonluğuna görə azalan intriqanı yüksəltmək niyyəti güdür.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.