İnfantino qış transfer pəncərəsini ləğv etdirəcək?

FİFA prezidenti Canni İnfantino futbolda transfer sistemində qlobal dəyişikliklər etmək niyyətindədir.

Prosport.Az xəbər verir ki, onun bununla bağlı 11 bənddən ibarət planı fevralın 28-i FİFA-nın İcraiyyə Komitəsində müzakirə ediləcək.

İnfantinonun təklifləri sırasında qış transfer pəcərəsinin ləğvi, icarəyə verilən futbolçuların sayına məhdudiyyət qoymaq və oyunçular üçün maksimum əməkhaqqı müəyyənləşdirmək yer alıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.