Balotelli "Nitsa"nın tarixinə düşdü

Mario Balotelli hazırda çıxış etdiyi “Nitsa” klubunun tarixinə düşüb.

Prosport.Az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda Moskva “Lokomotiv”inin qapısından 2 top keçirən italiyalı hücumçu 21-ci əsrdə Fransa təmsilçisinin ən yaxşı bombardiri adını qazanıb. Qollarının sayını 38-ə çatdıran təcrübəli futbolçu Dario Çvitaniçi (36 qol) geridə qoyub.

Qeyd edək ki, “Nitsa” – “Lokomotiv” oyunu meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.