Avroliqada həftənin oyunçusu kim oldu?

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Prosport.Az xəbərverir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, Moskva "Lokomotiv"inin yarımüdafiəçisi Manuel Fernandeş ən yaxşı oyunçu seçilib. O, səslərin 73 faizini toplayıb.

Qeyd edək ki, Manuel Fernandeş Avroliqanın 1/16 finalında "Nitsa" ilə ilk matçda het-trik edərək komandasına təkbaşına qələbə qazandırıb - 2:3.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.