Aquero ən yaxşı oldu

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı futbolçusu müəyyənləşib.

Prosport.Az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Serxio Aquero ötən ayın ən yaxşı oyunçusu seçilib. O, səsvermədə  Kevin de Bruyne ("Mançester Siti"), Kristian Eriksen, Yan Vertonqen ("Tottenhem"), Eden Hazard ("Çelsi") və Kallum Uilsonu ("Bornmut") qabaqlayıb.

Qeyd edək ki, S.Aquero yanvarda 4 matçda 5 qol vurub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.