Çin klubundan İnyestaya fantastik təklif

“Barselona”nın kapitanı Andres İnyesta Çindən təklif alıb.

Prosport.Az xəbər verir ki, “Tyançzin Çyuançzyan” klubu 35 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Çinlilər trəcrübəli futbolçuya illik 35 milyon avro təklif ediblər. Klub rəhbərliyi “Barselona” ilə danışıq aparmaq üçün artıq 2 dəfə İspaniyaya gedib. 

İnyesta isə qərar verməkdə tələsmir. Təklif kifayət qədər cəlbedici olsa da, kapitan hələ ki, son sözünü söyləməyib. O, çinlilərdən düşünmək üçün mart ayına qədər vaxt istəyib.

“Barselona” rəhbərliyinin də İnyestanı Çin klubuna satmaqda maraqlı olduğu bildirirlir. Amma kataloniyalılar buna görə futbolçuya təzyiq etmək niyyətində deyil.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.