"Barselona" Türkiyə şirkəti ilə müqavilə imzaladı

"Barselona" yeni sponsorluq müqaviləsi imzalayıb.

Prosport.Az xəbər verir ki, Kataloniya təmsilçisi Türkiyənin "Beko" şirkəti ilə müqavilənin müddətini 3 il uzadıb. Yeni sözləşməyə əsasən, şirkət 3 il üçün "Barselona"ya 57 milyon avro ödəyəcək. 

İspaniya klubunun formasının qolunda şirkətin adı qalmaqda davam edəcək. Bundan başqa "Barsa"nın məşq formalarının ön və arxa hissəsindı "Beko"nun adı yazılacaq.

İmza mərasimində "Barselona" prezidenti Xosep Maria Bartomeu, futbolu Xerard Pike və Ali Koç iştirak edib.
 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.