"Bavariya"nın məşqində dava

Yanvarın 19-da “Bavariya”nın məşqində insident yaşanıb.

Prosport.Az xəbər verir ki, insident Xames Roriqeslə Sebastiyan Rudi arasında baş verib. “Bavariya”nın futbolçuları mübahisə edənləri sakitləşdirməyə çalışıblar.

Ancaq Aryen Robben davanı daha da qızışdırmağa cəhd göstərib. O, üzünü mübahisə edənlərə tutaraq “irəli, irəli, uşaqlar, davam edin” deyib. Jerom Boatenq, Frank Riberi və Rafinyanın müdaxiləsindən sonra ara sakitləşib.

Məşqdən sonra Xameslə Rudi də əl sıxaraq, barışıblar.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.